Anam danışırdı...
Anamın yanında iki sözü işlətməkdən həmişə çəkin -mişik: “sürgün” və “yetim” sözlərini. Bu sözlərdən bi -rini qulağı çaldısa hökmən fikri o qaramat, qarabaxtillərə gedib çıxacaq. Acı xatirələri dilə gətirib ürəyimiziqırmasa da, gözləri uzaq-uzaq yollara boylanacaq.O illərdə atasız, qardaşsız iki bacısı ilə bir damın altındaqalan anam ömrü boyu çalışıb ki, övladları onun gözyaşlarını görməsin. Ağlamağını həmişə bizdən gizlə -dərdi. Orta məktəb illərini xatırlayıram. Məktəbdən gə -ləndə hərdən ağlamağının üstə çıxardım. Nə qədər təkidləsoruşurdum ki, niyə ağlamısan? – deyirdi ağla ma mışam,elə bir balaca kövrəlmişdim. Sonradan bilir dim ki, ilinəziz günlərində, bayramda, qurbanda qon şulardankiminsə atası qızının yanına, kiminsə qar daşı bacısınınyanına bayramlaşmağa gəlib. Onun da ürəyi yanıb,könlü ata istəyib, qardaş istəyib.Kəndimizin qocaları bizə gələndə həmişə Qurbanbabamdan – Sərdaroğlu Qurbandan, onun saz çalıboxumağından, boylu-buxunlu, çox yaraşıqlı, səliqəli birkişi olmağından, məclislər yaraşığı kimi sözündən,söhbətindən, şeir yazmağından, söz qoşmağındankövrələ-kövrələ danışardılar. Bu şəxsi keyfiyyətləri onu37-ci ilin günahsız qurbanlarından birinə çevirmişdi.
Anam danışırdı, danışırdı ki,Beş yaşlı uşağın nə kəsir ağlı,Ancaq oynamağa tələsir ağlı.Mən hardan biləydim, neyləyir atam,İləmi tərpənir, ayamı gedir.Onu nə gözləyir bu gedişatda,Sürgünəmi gedir, toyamı gedir.Ən şirin yuxumu ondan alırdım,Ətrimi, qoxumu ondan alırdım.O məni atasız qoyub gedərmi?Körpə ürəyimi oyub gedərmi?Yetim dedirtdirib üç balasına,Körpə çiçəklərə qıyıb gedərmi?Mən hardan biləydim, kəndə sel gəlib,Atamı cəngində aparıb gedir.Yıxılır evimiz, uçur komamız,Ruhumu canımdan qoparıb gedir.Elə bil dünəndi ayrılıq günü,Elə bil aradan illər keçməyib.Sanki səksən ilin başının üstənYellər adlamayıb, sellər keçməyib.İnsanlar ölsə də, ümidlər ölmür,Elə bilirəm ki, gələcək yenə.
Ata sevincini, gülüş payınıBizimlə paylaşıb böləcək yenə.Qalmazdı avazla oxumağından,Səsi, zümzüməsi qulağımdadı.Uca boyu vardı, incə qaməti,Şəkli gözlərimin qabağındadı.Atasız yaşadım yetmiş beş ildə,Yadımda atamın beş ili qaldı.Həsrətim az qala bir əsrə çatdı,Qəlbim qəm oxundan deşili qaldı.
Min dəfə dil deyib üstündə ağla,Min dəfə məlhəm qoy, min dəfə bağla,Kimi istəyirsən, de kimi, gəlsin,Lap belə loğmanı qaldır yerindən,Dünyanın ən böyük həkimi gəlsin,Yetimlik yarası sağalan deyil.Yarısı qalıbsa ata yanında,Ürəyin parası sağalan deyil.Sanki bir quyuya bir daş atdılar,Çıxmadı sorağı, gəlmədi səsi.Öldümü, qaldımı, bilən olmadı,Kim bilir hayanda çıxdı nəfəsi.Mən yazıq nə yatdım, nə yuxu görəm,Payımda beş illik həyatı qaldı.Üzünü millətə tutub dediyi,Yadımda dörd misra bayatı qaldı.
Əzizinəm, qalasız,Şəhər olmaz qalasız.Mən gedirəm sürgünə,Siz sağlıqla qalasız.
Son dəfə əlini çəkdi başıma,Son dəfə saçımdan, telimdən öpdü.
Əlimi ovcunun içinə alıb,Öpdü dodağımdan, əlimdən öpdü.
Zənd ilə, diqqətlə üzümə baxdı,Gəzdi yanağımda əli son dəfə.Ata nəfəsiylə üzümə dəydi,Əsdi xoşbəxtliyin yeli son dəfə.
– Bu günə də şükür, təki siz sağ olun, balalarımız sağolsun. Olan olub, gedən gedib, – anam sinədən birgəraylı deyib hələlik sözünə son verdi:
Kimlər gəldi, kimlər getdi,Dünyada kimlər böyüdü.Sevinc itib-batan günüYerində qəmlər böyüdü.
Sürgün ağrı, acı, təlaş,Yolları daş, izləri çaş.Kirpikləri yandırdı yaş,Yanaqda nəmlər böyüdü.
Qəm boynunu bükür, Allah,Təmizlənir bu kir, Allah.Şükür sənə, şükür Allah,Bütün yetimlər böyüdü.
Sürgünü də daddı, yetimliyi də,Nə ata qayıtdı, nə ana qaldı.Bu qoca dünyadan mənim anamaDərd adlı, qəm yüklü qəmxana qaldı.
Bir işıq dolandı başının üstə,Beynində işıqlı fikir saxladı.Bəlkə çoxdan ölüb gedərdi anam,Onu dilindəki şükür saxladı.
Anam dərd ozanı, qəm aşığıydı,Elə layla dedi, ağı söylədi.Çox zaman dilinin demədiyiniQəlbinə çəkilən dağı söylədi.
Heç nə öz əslini itirən deyil,Candan can ayrılıb, qandan qan keçib.Bayatı dilində dərdə söz deməkAnamın ruhuna babamdan keçib.
Əzizim, mən də yetim,Sən yetim, mən də yetim.Sən yetdin mətləbinə,Nəzər qıl, mən də yetim.
Dərvişim, butam layla,Oğulsuz atam layla.Aldı sürgün apardı,Qayıtmaz o tam, layla.
Saray uçub, dam gedib,Ocaq keçib, şam gedib.Sürgündə qar yağmasın,Sürgünə atam gedib.
Məni bayatılar öldürür, ana,Ağılar öldürür şair oğlunu.Sürgündü, qürbətdi, həsrətdi adı,Yağılar öldürür şair oğlunu.
Ana, dərdin məni şair elədi,Sözdən cərgə-cərgə hörgünü verdi.Atanı qürbətdə aldı əlindən,Oğluna vətəndə “Sürgün”ü verdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-anam-danisirdi
Use ← → keys to move, R for a random poem
More by this author
Arılar tər çiçəkləri,Pərvanələr şamı sevər.
İstedadİstedad — sevgili, vergili, butalı,İstedad — arxalı, analı, atalı.
Haqdan gəlib haqqa gedən yorulmazNə umdumsa öz haqqımdan ummuşam,Gərək məni haqq anlaya, haqq qana.
Bu dünya əbədi dirilərindiZərrələr Günəşin, damlalar suyun,Xırdalar həmişə irilərindi.