Nə umdumsa öz haqqımdan ummuşam,Gərək məni haqq anlaya, haqq qana.Haqqı dansam, canım ona halaldı,Haqqım olsa, salmaz məni haqq qana.

Dəyişəmməz əfəndilər, qazılar,Dəyişməzdi haqdan gələn yazılar.Yer üzünün ədaləti pozular,Qılınc kimi girsə əgər haqq qana.

İblislərin qanı heç vaxt durulmaz,Şeytanların yıxdığı ev qurulmaz.Haqdan gəlib haqqa gedən yorulmaz,Haqq arxadı, haqq atadı, haqq ana.

2007, aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love