Bu qədər qəmlər içindəmən də bir qəm dastanıyam,Yanağın od, gözün nisgil,kirpiyin nəm dastanıyam.

Ürəklərdən ürəklərəaxdım haqqın səsi kimi,Nə dəftərə yazılmışam,nə qələm dastanıyam.

Aşıqların sazındayam,gözəllərin nazındayam,“Leyli-Məcnun”, “Fərhad-Şirin”,“Əsli-Kərəm” dastanıyam.

Məcnun öldü, Kərəm yandı,Fərhad yardı öz başını,Neçə-neçə talesizintaleyi kəm dastanıyam.

2000, 14 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate