Kim sındırıb könlümü,Qəlbə dəyən daş dedi.Nədən yanır ürəyim,Gözümdəki yaş dedi.

Od yandırdı zəmini,Su batırdı gəmini.Bir dünyanın qəmini,Bir çatılan qaş dedi.

Duman gəlir, çən gəlir,Dərdə yol açan gəlir.Qocalıq haçan gəlir,Candakı təlaş dedi.

Bilirəm xislətini,Budur işin çətini.Düşmənin niyyətiniZəhərlənmiş aş dedi.

Yerdə kim, zirvədə kim,Ürəklərdə zədə kim.Dədə kimdi, gədə kim,Barışla savaş dedi.

2000, 25 avqust

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets