Hər zaman çalsa da öz havasını,Heç vaxt sənətkara rəğbət dəyişməz.Dünya dəyişər də, dəyişilər də,Əqidə dəyişməz, sifət dəyişməz.

Kim südü çürüksə, o saxta çıxar,Kim şah olacaqsa, o taxta çıxar.Alına nə yazılıb, o baxta çıxar,Allahın verdiyi qismət dəyişməz.

Yazdığın yazıdan, əsərdən yapış,Sözün gücündəki kəsərdən yapış.Zəlimxan, qələmdən, dəftərdən yapış,Siyasət dəyişər, sənət dəyişməz.

2006, 2 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets