Mənim doğma Azərbaycan dilimdir,Alov dili, atəş dili, köz dili.Şöhrətimi fələklərə qaldırıb,Nəsiminin haqq ürəyi, düz dili.

Öz Kürüm var, milyon dənə Nil olsa,Öz gülüm var, dünya dolu gül olsa.Ulduzların sayı qədər dil olsa,Bir dünyadı hər insana öz dili.

Onsuz coşub çağlamaram, dolmaram,Onunlayam, heç bir zaman solmaram.Zəlimxanam, iki dilli olmaram,Bir dil ilə danışaram yüz dili.

1974, 12 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring