Göy üzü dostum olsa,Mənim könül dünyamaGünəşini göndərər.Heç nə üşütməz məni,İstisini, odunu,atəşini göndərər.Yaradan dostum olsa,Məclisimə nur kimimələkləri göndərər.Yaranan dostum olsa,Çəmənləri bağlayar,çiçəkləri göndərər.Vay o gündən, dostlarınçevrilə düşmən ola,Aydınlığa gedən yolTutuşa birdən-birə,duman ola, çən ola.Zaman səni unuda,vaxt səni gözdən sala,Şah bir az əyri baxa,taxt səni gözdən sala!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets