Etiraf eylə
Bir akademikə tövsiyə
İnanmıram, vicdan adlı silahın olub,İnanmıram, başın üstə Allahın olub,İnanıram, dağlar boyda günahın olub,Çoxlarını sürümüsən belədən-belə,Heç olmasa bircə dəfə etiraf eylə!
Dönə-dönə haqq yolunu azdığın yetər,Dərin-dərin quyuları qazdığın yetər,Düzü tərsə, xeyri şərə yazdığın yetər,Qəzəb seli cəsədini atmamış çölə –Heç olmasa bircə dəfə etiraf eylə!
Həqiqətin meyvələri dərilir indi,Nə əməlin sahibisən, sorulur indi,Öldürdüyün kimlərdirsə, dirilir indi,Daha bəsdi yıxdığın ev, qurduğun tələ,Heç olmasa bircə dəfə etiraf eylə!
Dünən asdın-kəsdin Rəsulzadəni,Qəlbi böyük, ruhu incə, özü sadəni.Bu gün onun şərəfinə vurdun badəni,Necə verdin Müsavatı qırğına, selə –Heç olmasa bircə dəfə etiraf eylə!
Çəkinmədin bu millətin bircə kəsindən,Yurd dağıldı, ocaq söndü bayquş səsindən.Qorx zamanın qəzəb adlı məhkəməsindən,Nə qədər ki, nəfəsin var, gec deyil hələ,Heç olmasa bircə dəfə etiraf eylə!
Sürgünləri, Sibirləri unutmaq olmur,Sibirdəki qəbirləri unutmaq olmur,Daşa dönmüş səbirləri unutmaq olmur,Olanları olduğutək gətirib dilə –Heç olmasa bircə dəfə etiraf eylə!
Alimliyin gələnləri öymək üçünmüş,Arifliyin gedənləri söymək üçünmüş,Yazdıqların yıxılanı döymək üçünmüş,Bu danılmaz dəhşətləri sən bilə-bilə,Heç olmasa bircə dəfə etiraf eylə!
Dağ çeşməsi duruluqdu, axar suya bax,O hikmətə sevə-sevə, duya-duya bax,Təmizlənmək! Təzələnmək! Bir arzuya bax,Hissi duru, beyni təmiz, qəlbi saf eylə,Heç olmasa bircə dəfə etiraf eylə!
Bircə dəfə yüngülləşən günahın olsun,Bircə dəfə vicdan adlı silahın olsun,Bircə dəfə başın üstə Allahın olsun,İnsaf dinin yarısıdı, bir insaf eylə,Heç olmasa bircə dəfə etiraf eylə!!!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-etiraf-eyle
Use ← → keys to move, R for a random poem
More by this author
Ulu Tanrı! Bu qədər aman olmaz, ah olmaz,Ulu Tanrı! Bu qədər dərd ürəkdə şah olmaz.
Şəhidlərin iliDünən bir ili də qoyduq arxada,Dünən şəhidlərin iliydi, qardaş!
Güllə dəydiAllah! Sən özün yetiş hayıma, harayıma,Mülkümə, sərvətimə, varıma güllə dəydi!
Azərbaycan türkünün qanı tökülür bu günEşit məni Atilla, Alp Arslan, qalx məzardan,Qurtar xalqı zülümdən, qurtar milləti dardan.
Poems by other poets
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
QəhvəGörək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,
İtkisi əhəmiyyətsizdirQızdırdılar metalı;qızdırdılar əriyib mavi alova dönənə qədər.