Nə zaman
Nə zaman xoşbəxt olurgörəsən insan oğlu?Havalı duyğuların qanadında uçanda!Yeri basıb bağrına,göyü sıxıb köksünə,İstəkli bala kimiqollarıyla qucanda!Nə zaman xoşbəxt olurgörəsən insan oğlu?Əsən küləyə,yağan yağışa,doğan günəşəÜrəyinin sirrini çəkinmədən açanda!Nə zaman xoşbəxt olurgörəsən insan oğlu?Göy başının üstündən göylərə çəkiləndə,Ayağının altındanyer titrəyib qaçanda!İnsanların içindəÖzünü tək, kimsəsiz,yalqız, yetim sayanda!Körpənin gülüşünə,baharın gəlişinə,Yağışın yağmasına,Günəşin doğmasınaGözlərini yumanda,qəlbini qapayanda!!!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ne-zaman
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Yanağın ey pəri can mənzilidirYanağın ey pəri can mənzilidir,Bu bülbülnün gülüstan mənzilidir.
Ayə məndədiAhəngər deyiləm, naşı bəzirgan,Gözüm dürdanədə, a yəməndədi.
Uca dağlarKönlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.