Yazıq ürəyimiyaman yormuşam,Qəlbin nə günahı,günah məndədi.Zəlimxan hardadı –deyən olanda,Bir gün deyirdilərdağlar başında,Bir gün deyirdilərgöy çəməndədi.

Elə görürdün ki,səmti, səfəriBir gün şəhərədi,bir gün kəndədi.Təbiət dəlisi,dağ ölüsüydü,Nə zaman görəndəelə bilirdinAyağı şehdədi,başı çəndədi.

İşarə verirdi hərdənbir mənə:“Bax, məni qınamayollarda qalsan,Taqsır məndə deyil,taqsır səndədi”.Sanırdım dünyanındərdi, bəlasıMəndən uzaqdadı,məndən gendədi.

İnsan anlamır ki,vaxtın hökmü var,Gözünü açandaqaynar həyatda,Gözünü yumandabez kəfəndədi.

Almaniya,Münster şəhəri, 2008, 14 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets