Havası başqadı bu nəğmələrin
Yaz desən – bu yazınhavası deyil,Saz desən – bu sazınhavası deyil.Şirin bir avazınhavası deyil.Ağrısı amansız,yarası dərin,Havası başqadıbu nəğmələrin.
Heç kəsə ziyanı,xətəri yoxdu,Tamahlardan xəbəri,ətəri yoxdu.Gözündə bir qəpikdəyəri yoxdu,Şöhrətin, sarayın,sərvətin, zərin,Havası başqadıbu nəğmələrin.
Ruhu qolboyunduçiçəklə, bağla,Anayla, bacıyla,sirdaşla, yarla.Yoxdu qohumluğubu misralarlaHiylənin, fitnənin,böhtanın, şərin,Havası başqadıbu nəğmələrin.
Bahardan daha çox,xəzandan gəlir,Dərvişdən başlanır,ozandan gəlir.Haqqın kitabınıyazandan gəlir,Kökləri şirəli,kölgəsi sərin,Havası başqadıbu nəğmələrin.
Canımda bəslənənağrım-acımdı,Gözdə işığımdı,başda tacımdı.Əzəli əbədiehtiyacımdı,Çəkin canınıza,ciyərinizə,Könül bağçasındangül kimi dərin.Havası başqadıbu nəğmələrin,Laylası başqadıbu nəğmələrin.
Almaniya,Münster şəhəri, 2008, 15 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-havasi-basqadi-bu-negmelerin
Use ← → keys to move, R for a random poem
More by this author
Nə millət vəkiliydim, nə vəzifə sahibi,Mən fikir əzabkeşi, mən qələm adamıyam.
DərdAzərbaycan parlamentində, xalqımızın ali məclisində*özünü apara bilməyən bəzi millət vəkillərinə*
GörünürYükü çəkə bilməyəndə,Dərdin birə min görünür.
Ömrün son günüDünya məndən dönən günü,Dünyadan əlim çıxacaq.
Poems by other poets
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəzYoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.
Saraliban solmuşamMən Camalam qürbat əlda,Məlil muşkul qalmışam,