Ömrün son günü
Dünya məndən dönən günü,Dünyadan əlim çıxacaq.
Nə deməyə söz qalacaq,Nə onda dilim çıxacaq.
Həsrət elə qovuracaq,Cızdağım, külüm, çıxacaq.
Əcəl girəndə bacadan,Qapıdan ölüm çıxacaq!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-omrun-son-gunu
Use ← → keys to move, R for a random poem