Yükü çəkə bilməyəndə,Dərdin birə min görünür.Əlin çatmır Allaha da,Nə Tanrı, nə din görünür.

Yırtılır üzdəki pərdə,Doy gələ bilmirik dərdə.Gözümüzdə mələklər də,Şeytan olur, cin görünür.

Duman bizi bürüyəndə,Dağdan-dağa sürüyəndə,İçərimiz çürüyəndə,Çölümüz miskin görünür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love