Qoymur əlindən yerə,Bəhlulum saz öyrənir.Gözəl nəğmə, şirin söz,Şirin avaz öyrənir.

Boyu heç saza çatmır,Elə hey çalım deyir.Oxuyur öz-özünə,“Ay qadan alım”, – deyir.

Yatanda sazla yatır,Duranda çalır yenə.Sığmır evə-eşiyə,Səsi ucalır yenə.

Təzənəsi itəndəAğladıqca ağlayır.“Çalanım hanı?” – deyir,Telləri qucaqlayır.Gərək təzənəsiniTezcə tapıb verəsən.Sən Bəhlulu həvəsləSaz çalanda görəsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets