Aygünüm, çiçəyimsən,Gözəlim, göyçəyimsən.Həm bu günüm olmusan,Həm də gələcəyimsən.

Aygünüm, quzum mənim,Çörəyim, duzum mənim.Yerdə gülüm-gülşənim,Göydə ulduzum mənim.

Aygün təzə dil açır,Ayaq açır, əl açır.Dodaqları qaçandaYanaqları gül açır.

Aygünüm aydan gəlir,Çərmənib çaydan gəlir.Kürlüyə başlayanda,Elə bil haydan gəlir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring