Şair, sən ki vurulansangöylərə,Boyun bükmə, üfüqlərəbax, yeri.Zirvələrdən zirvələrəyol gedir,Küləklərdən qanadınıtax, yeri.

Sualları, sorğularısoraqla,Keçən ömrü kitab kimivaraqla.Qollarınla göy üzünüqucaqla,Sellər kimi dərələrdənax, yeri.

Paltar olub,hər bədənə geyilmə,Can çürüdüböz içindən yeyilmə.Sınaqlara, tufanlaraəyilmə,Dürüst dillən, aydın danış,şax yeri.Almaniya,Münhen şəhəri, 2008, 14 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets