Nə dağ var, nə duman var,Gözümdəki çən nədir?!Mən ki qocalmamışam,Saçımdakı dən nədir?!

Nə görmüşdüm, nə görüm,Qəm çörəkdi, ye görüm.Dərddən uca de görüm,Bu dağlara tən nədir?!

Hicran dönür hicrətə,Qəm dönür fəlakətə.Düş bircə gün qürbətə,Bilərsən vətən nədir!

Almaniya,Münhen xəstəxanası, 2008, 13 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation