Ulu Tanrım, nə gözəldi doğma yuva,Xəlvət seçib bir qırağa çəkilmişəm.

Bir guşədə çıraq yanır, şam əriyir,Ərimişəm, şam-çırağa çəkilmişəm.

Ən vəfalı iki dostum, sirdaşım var,Bir qələmə, bir varağa çəkilmişəm.

Söhbətimin ləzzətini dadan bilər,Elə bil ki, balam, yağa çəkilmişəm.

Yağı düşmən elə bilir mən ölmüşəm,Kəfənlənib bezə, ağa çəkilmişəm.

Füzulitək dərd əlindən dağa çıxıb,Qəlbimdəki göy yaylağa çəkilmişəm.

2007, 22 noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets