Qayada mamırdımı?Daş üstə çiçəkdimi?Gülə könül bağlayan,Xallı kəpənəkdimi?Ay şəfəqi, gün nuru,Buludmu, şimşəkdimi?Sevgi nədir, görəsən?

İlk insanın dünyayaGəldiyi ilk andımı?Baxışdakı od-alov,Damardakı qandımı?Tanrıya tapındıran,Dindimi, imandımı?Sevgi nədir, görəsən?

Sızlayan Əslidimi,Alışan Kərəmdimi?Məcnun gözlərindəki,Bir əbədi qəmdimi?Həyatdı, yoxsa, ölüm,Toydumu, matəmdimi?Sevgi nədir, görəsən?

Götür beli, külüngü,Qayasını çap görək.Çırma biləklərini,Qalasını yap görək.Oğulsansa, ömür qoy,Mənasını tap görək,Sevgi nədir, görəsən?

Nəğmədimi, səsdimi,Haraydımı, ündümü?Ruhun zirvələr boyuUcaldığı gündümü?İlahi, bu sualın,Cavabı mümkündümü?Sevgi nədir, görəsən?

2002, 4 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets