Çox yatma, dur, a tənbəl,Yatsan olar iş əngəl.Gün dağlara yayıldı,Hər bir yatan ayıldı.Yar-yoldaşın səhərlərTez məktəbə gedərlər.Sən çəştədək yatırsan,Pal-paltarın atırsan.Xeyrü şərin qan, oğlum,Öz halına yan, oğlum.Bir azca himmət eylə,Bir azca qeyrət eylə.Hər kim dilər şad olsun,Getsin çalışqan olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets