Quşlar, quşlar, a quşlar!Qaranquşlar, a quşlar!Cəh-cəh vurun burada,Gah yerdə, gah yuvada.Qonun bu tək budağa,Çox getməyin uzağa.A quşlarım, getməyin,Məni qəmgin etməyin.Quşlar, neçin gedirsiz?Yoxsa ki, seyr edirsiz?Quşlar uçdu, əkildi,Vay, səsləri kəsildi.Bir səs gəlir uzaqdan,Mən dinlərəm bayaqdan:Söylər ki, qış yavuqdur,Sizin yerlər sovuqdur,Var isticə ölkələr,Qışda bizə xoş gələr.Səbr eylə, qoy yaz olsun,Bir qar, yağış az olsun,Sövqat gətirər quşlar,Sizə gözəl mahnılar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets