Göy çəmənin ətri tutub hər yeri,Çulğalayıb dağ, dərəni, çölləri.Əldə biçinçi darağı səfbəsəf,Ot darayırlar qarılar hər tərəf.Ot qurusun burda yığarlar şələ,Yaş otu bir yanda sərərlər hələ.Kəndlilər əllərdə təmamən yaba,Arabaya otu yığarlar qaba.Arabaya ot qalanar, dağ olar,Kəndlilərin onda kefi çağ olar.Arabaya at qoşulub gözləyir,Sanki qaxılmış yerə, tərpənməyir,Əymə kimi saxlamış ayaqların,Sallayıban hər iki qulaqların.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets