Dünyanın nə gözəl vaxtı görüşdük
Əridi həsrətim, açıldı buzum,Cənnət ətri verdi çörəyim, duzum.Getdi qar-boranım, gəldi Novruzum,Allah üzümüzə baxdı, görüşdük.Üz-üzə dayandıq, göz-gözə durduq,Dünyanın nə gözəl vaxtı görüşdük.
Qarın qar ətri var, barın bar ətri,Bir çiçək ətri var, bir də yar ətri.Arzular dalğası, duyğular ətri,Ürəkdən-ürəyə axdı, görüşdük,Dünyanın nə gözəl vaxtı görüşdük.
Qurban kəsilirəm mən bu axşama,Danışdın, dilindən bal dama-dama.Sənintək işığa, mənimtək şama,Tale öz odunu yaxdı, görüşdük.Dünya gözəlləşir gözəl güləndə,Dünyanın nə gözəl vaxtı görüşdük.
Abadlıq gətirdi bir viranlığa,Gəlişin son qoydu lal qaranlığa.Zəlimxan yenə də çatdı xanlığa,Güldü gözəlliyin taxtı, görüşdük.Ay salam göndərdi, Gün “əhsən” dedi,Dünyanın nə gözəl vaxtı görüşdük.
2000, 25 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-dunyanin-ne-gozel-vaxti-gorusduk
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ərş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.
Ey dili-pursovda, talibi-ƏnqaEy dili-pursovda, talibi-Ənqa,Qafi-eşqdə var əsrari-duşvar.
Can ilən canan, deyillər, can təmənnasındadırCan ilən canan, deyillər, can təmənnasındadır,Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!