Əcəb oldu, gözəlim, uymadın əğyarlərə,Layiq olmaz, gül əgər həmdəm ola xarlərə.

Zülf zəncirinə bir kimsə giriftar olmaz,Əgər etməzsə həvəs türreyi-tərrarlərə.

Bu məlahət, bu lətafətlə yaraşmaz, gözəlim,Baxasan bir gül ikən bəzi dilazarlərə.

Əndəlibin nə qədər bağrını qan etsə də gül,Yenə təsir edəcək naləsi gülzarlərə.

Ol səbəbdən bütün eşq əhli sevir Sənani,Qarət etdirdi o öz dinini zinnarlərə.

Yarə can verməyən aşiq necə məqsudə yetər?Niyə bəs eşqdə pərvanə yanır narlərə?!

Naz-qəmzəylə qara gözlülər öldürdü məni,Kim bu təhsili veribdir bu xətakarlərə?

Dürrdür qiyməti ən yaxşı kəlamın, Vahid,Sən də bu şerini sərf eylə xiridarlərə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love