O qara zülf ki, hərdəm dolaşır şanələrə,Göstərir eşq kəməndin dili-divanələrə.

Mehri-rüxsarını məndən kəsib ol mah tamam,Düşdü fürsət yenə bundan belə biganələrə.

Yoxsa, ey gül, bu qədər badeyi-nab içməz idim,Şövqi-ləlin məni cəlb eylədi meyxanələrə.

Qana dönsün görüm ol badeyi-gülgün sənsiz,Bir də gər rəğbət edəm sağərü peymanələrə.

Həsrəti çeşmi-xumarın, ləbi-ləlin həvəsiGöstərir guşeyi-meyxanəni məstanələrə.

Şövqi-rüxsarın ilə odlara yanmış könlüm,Öyrədib şəmidə yanmaqlığı pərvanələrə.

Cövrün az et mənə, qorxum budu, bir ah çəkim,Bir yanar od düşə başdan-başa kaşanələrə.

Vahidəm, şairi-azadpərəstəm, nə qəmim,Qılmasam rəğbət əgər məscidə, bütxanələrə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love