Bir qaydadı, qış dalınca yaz gələr,Vay o gündən, qış dalında qış gələ.Bir sevincin ləzzətini dadmamış,Ömrün, günün min əzaba tuş gələ.

Addım-addım səni çəkə şər sola,Təmiz itə, təzə bata, tər sola.Vay o gündən, avand işin tərs ola,Gözlərindən qan qarışıq yaş gələ.

Xoş olmazmı göyərəsən, bitəsən,Hər arzuya, hər mətləbə yetəsən.Vay o gündən, tapılmamış itəsən,Dərdin arta, birin üstə beş gələ!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets