Gedər
Zaman-zaman dünya durar yerində,Ömrümüzdən ömür gedər, gün gedər.Tapılanlar itənləri ödəməz,Bir taparıq, əlimizdən min gedər.
Bəxti yatar zirvələrdən enənin,Qəlbi gülməz haqdan üzü dönənin.Od-ocağı qaralanın, sönənin,Qəbrə kimi ürəyində kin gedər.
Saç ağarar dərdli başın əlindən,Zülüm çəkər gözlər yaşın əlindən.Vətən getsə Vətəndaşın əlindən,İnsaf gedər, iman gedər, din gedər.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-geder
Use ← → keys to move, R for a random poem
More by this author
Yaradanım yaxşı bilir,Yolum kimlərin yoludu.
Özünə qayıdır xalqa qayıdanYığır ürəyinə sərvəti, zəri,Gözünə köçürür gözəllikləri.
Yazılmaz o məktubBir zaman anama məktub yazardım,Bir zaman atama məktub yazardım.
Varağa köçməmiş min yazı qaldıDünyanın yolları çaşbaş, dolaşıq,Kim narazı qaldı, kim razı qaldı.
Poems by other poets · Homeland
Eşidin, dərdimi sizə söyləyim,Düşmüşəm Vətəndən aralı, dağlar!
Mənim protestomCəmiyyəti Əqvama açıq məktub*Dinlə, sən ey haqq deyə zülmə eş olan yuva,
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
سن وطندن ساری قلبین دویونورسه،مارالیم!وطنین ده مارالیندان ساری قلبی دویونور.