Varağa köçməmiş min yazı qaldı
Dünyanın yolları çaşbaş, dolaşıq,Kim narazı qaldı, kim razı qaldı.Hərə bir arzunun dalınca getdi,Hərə bir istəyə tamarzı qaldı.
Uçurumlar amansız, yarğanlar dərin,Küləklər şaxtalı, havalar sərin.Gözləri yol çəkən neçə şairin,Neçə keçilməmiş Arazı qaldı.
Dumanlı yollarda dolaşdıq, azdıq,Fikir dağlarını qazdıqca qazdıq.Hər varaq üstündə bir yazı yazdıq,Varağa köçməmiş min yazı qaldı.
2005, 9 iyul
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-varaga-kocmemis-min-yazi-qaldi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Yavaş-yavaşBağlandı guş sovt ü sədadan yavaş-yavaşGöz xirələndi, düşdü ziyadan yavaş-yavaş
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.