Getmə
Ora cəhənnəmdi, qaynar cəhənnəm,Basma ayağını ah-zar yerinə.Gedərsən, sağalmaz ağrı taparsan,Getmə dərd yerinə, azar yerinə.
Mən dolu bir ürək, sən gözəl pəri,Gözəllik burdadı, bəri bax, bəri.Fırıldaq dünyanın alverçiləri,Qoy səni çəkməsin bazar yerinə.
Ver mənə, qoy qalsın ah-nalə məndə,Axsın göz yaşından şəlalə məndə.Nə qədər dərdin var, dəfn eylə məndə,Qazsınlar sinəmi məzar yerinə.
2004, oktyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-getme-3
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
Dalğalar qabarmışXatirət dəftərindən*Dalğalar qabarmış, açılmış güllər,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül