Dərman da çoxalırdərd çoxalanda,Çatdırır əlliyə,yüzə dərmanı.Tükənir işığı,azalır nuru,Yüz də məlhəm eyləgözə dərmanı.

Yükü daşımaqdanyorulur ürək,Yetişmir dadınanə duz, nə çörək.Xəstə yatağındayatmaya gərək,Düşə qapı-qapıgəzə dərmanı.

Biz dərman (içirik,dərd işə düşür,İşimiz o çərxigərdişə düşür.Hər gün içə-içəvərdişə düşür,Çoxu vurmasa daüzə dərmanı.

Gözlərin yaşınıtəsəlli silmir,İllərin ağrısıcandan çəkilmir.Köhnə yaralarısağalda bilmir,Çox da tərifləmətəzə dərmanı.

Quruyan çöl nədir,yanan iç nədir,Bu qədər vədəsiz,vaxtsız köç nədir?Həkim kağızınınhökmü heç nədir,Yaradan yazmasabizə dərmanı.

Kislovodsk,2005, iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets