Çiskinli dağların başı,Nigar, Çənlibel budu, bu!İgidlər açar savaşı,Nigar, Çənlibel budu, bu!

Çəkib bəzirgan soyduğum,Qəflələri boş qoyduğum,Paşalar gözü oyduğum,Nigar, Çənlibel budu, bu!

Xotkarlar bata bilməyən,Comərdlər tuta bilməyən,Köksünə yata bilməyənNigar, Çənlibel budu, bu!

Ucalardan uca dağı,Hərgiz gələ bilməz yağı,Koroğlu tək ər oylağı,Nigar, Çənlibel budu, bu!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets