Marxalı gördüm
Fərəhdən sinəmə sığmadı qəlbim,Dağları vüqarlı, arxalı gördüm.Qışın yadigarı, yazın bəzəyi,Zirvədə nişanə qar xalı, gördüm.
Dedilər çəkinmə, dər çiçəyini,Öpdüm, əzizlədim hər çiçəyini.Yarıma bənzətdim tər çiçəyini,Bütün baxışlarda var xalı, gördüm.
Tərpənsin küləyi, dağılsın saçı,Ay dost, bu yerlərin acıyam, acı.Desən gözəlliyin hardadır tacı,Deyərəm Şəkidə Marxalı gördüm.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-marxali-gordum
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Müsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,Dağıtdın xavəri-islamdən küffar kabusun.
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
Rövzəxanın şikayətiKöhnəlik dövrü keçib, tazə hava tapmalıyıq,Xalqı aldatmağa ahənki-nəva tapmalıyıq.
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,