Yetimin ağısı
Göz yaşımdan zaman-zaman üzüm nəm çəkdi, nəm çəkdi,Başım daşdan-daşa dəydi, ürək qəm çəkdi, qəm çəkdi.
Nə olsun ki, kül olmadım ömrün-günün yollarında,Mən çəkəni nə bir aşiq, nə də yazıq Kərəm çəkdi.
Dünya məndən nə qazandı, mən bilmirəm, ondan soruş,Ruhum ancaq bu dünyadan zülüm gördü, sitəm çəkdi.
Ulu Tanrı ucalardan endi məni görən kimi,Taleyimin üzərində qara xətlə qələm çəkdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yetimin-agisi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.