İnsan necə rahatlanır, dincəlir,Öz evinə-eşiyinə gələndə.Bir alışan ocaq olur təzədən,Ocağına, beşiyinə gələndə.

Duyğuları dil-dil olur, dil açır,Ürəklərdən ürəklərə yol açır.Ana yurdu, ata qəbri gül açır,Oğul yurdun keşiyinə gələndə.

2000, 4 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland