Gizlidi
Aşkar olan heç nə yoxdu,Həyatda hər şey gizlidi.Baxdığın göylər qapalı,Yer gizlidi, göy gizlidi.
Qaranın üzü sürtülü,Hara gəldi hey dürtülü.Yaşılın üstü örtülü,Mavi gizli, göy gizlidi.
Doğranan, dəlinən deyil,Kəsilən, bölünən deyil.Dodaqda çalınan deyil,Könüldəki ney gizlidi.
“Bağ”dan “Boq”a yol gəlmişik,Tərs yeriyib, sol gəlmişik.Dərddən əli bol gəlmişik,Sevinc gizli, toy gizlidi.
Bağdaddadı, Misirdədi,Təbrizdəki qəsrdədi.Köküm hansı əsrdədi?Nəsil gizli, soy gizlidi.
Kimlər getdi, kimlər gəldi?Qayaları kimlər dəldi?Dədəm Qorquddan əvvəldi,Dastan gizli, boy gizlidi.
Demə, şeirin zərifiyəm,Demə, elmin arifiyəm.Demə, sufi, hürufiyəm,Əlif gizli, bey gizlidi.Aşkar olan heç nə yoxdu,Həyatda hər şey gizlidi.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gizlidi
Use ← → keys to move, R for a random poem
More by this author
Kimin dodağındaqımqıması var,
Mən öləndə üzümü Borçalıya çevirinOrda duydum el ruhumun sazını,Orda sevdim bir kişinin qızını.
Borçalıyla Azərbaycan arasındaO elimdi, o kəndimdi, bu şəhərim,O həsrətim, bu sevincim, bu qəhərim,
O yerlərDolansanız doğulduğum yerləri,Yaddaşımdan xəbər verər o yerlər.
Poems by other poets
Navəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüz,Bu səmərdin nəxli-ömrümni bərumənd bar eylənüz.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Qara pulDolanım başına, ey gözləri məstan, qara pul,Nə əziz eylədi səni xaliqi-Sübhan, qara pul.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.