Hara belə tələsirdin
Körpəlikdən ölüsüydüm qocaların,Deyirdim kaş mənim də ağ saçım ola.Nə bilirdim ağ saçların gətirdiyi,Bir bu qədər ağrım ola, acım ola.
Qəmsiz aşmır ömrün bircə bələni də,Hər ağrıdan telimizə bir dən düşür.Yaz da, yay da gəlib keçir yavaş-yavaş,Payız ötür, şaxtalı qış birdən düşür.
Bu gün dönüb qara saça aşiq olub,Dünənki gün ağ saçları sevən könlüm.Nə görmüşdün zirvələrin ağlığında,Hara belə tələsirdin, cavan könlüm?
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-hara-bele-telesirdin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
"Sev" tanrısı İştar söylənciBir ay çəkdi, sağaldılar qardaşlar,Sağalanda qol güclənir ikiqat.
BalabançıMən heç öz dərdimi çəkə bilmirəm,Dolanır zamana çaş, balabançı.