Keçir
Baş alıb hər yana gedən yollarım,Beşikdən başlanır, bələkdən keçir.Günlər bir dən olub səpilir yerə,Ömür una dönür, ələkdən keçir.
Bəzən sevinc olur, bəzən dərd, ələm,Kərəmtək yanıram, yetişmir Lələm.Şeirimi yazmağa tapılmır qələm,Dərdim, şikayətim lələkdən keçir.
Göylərə qaldırdı andım Allahı,Bəzən yalançı da sandım Allahı,Nə qədər unutdum, dandım Allahı,Yenə də işlərim fələkdən keçir.
1976, 14 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-kecir
Use ← → keys to move, R for a random poem
More by this author
Nahaq güldün göz yaşıma,Göz boş yerə doymur, axı!
Xəzan vaxtıdırBir qocanın duruşuna baxıram,Kirpik enib, gözdə xəzan vaxtıdır.
Heyif gözəlliyə, heyif gözələBaxışlar qurumuş bulağa dönüb,Yanaqlar saralmış yarpağa dönüb,
FaciəsidiQocaman palıdlar çox gözəl bilir,Hər şimşək bir dağın faciəsidi.
Poems by other poets
عهدی به یار بسته و اقرار کردهایم
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
OynasınBaşma döndüyüm toy adamları,Siz də deyin, təzə gəlin oynasm.