Şırhaşır sinəmdən axar bulaqlar,Başlasa söhbəti Kəpənəkçinin.Nəyinnən danışım, nəyinnən deyim,Azdımı şöhrəti Kəpənəkçinin?!

Qoynunda ocaq var, ocaq buz olmaz,Onsuz çörəyimdə heç vaxt duz olmaz.İnşallah, heç yerdə o ucuz olmaz,Bahadır qiyməti Kəpənəkçinin.

Aşıq meydan qursun, sinəsində saz,Zəlimxan, gün keçir, sən durma, sən yaz.Onu səsləməsəm səsim ucalmaz,Böyükdü hörməti Kəpənəkçinin.

1973, 27 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets