O nə “Kərəmi”ydi, sən çaldın, aşıq,Kərəm alışmadı, Əsli yanmadı.Dedin, yetmiş iki hava çalıram,Buna şair qəlbim heç inanmadı.

Gərək hər sözünü ələyə, süzə,Aşıq həmdəm ola doğruya, düzə.Birtəhər keçindin, vurmadım üzə,Demə ki, ötüşdük, hərif qanmadı.

Mənanı anlayar, mətləbi duyar,Aşıq söz oxuyar məclisə uyar.Sənə usta desəm, dilim quruyar,Ələsgər özünü usta sanmadı.

1973, 27 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets