Qara gün gətirər qaraqabaqlı,Danışan, sevinən, gülən əm, gözəl.Gəl dəstə bağlayaq, öpək üzündən,Təzəcə düşübdü gülə nəm, gözəl.

Nədə qəmzə gördün, nədə naz, gülüm,Nədən çox yarıdın, nədən az, gülüm.Səni şən görəndə nədən az gülüm,Sevinci sevənəm, gülənəm, gözəl.

1973, 25 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets