Bağçasaray fəryadı
Bağçasaray sarayı var,xanı yox,Görkəmi var, duruşu var,canı yox.Bağçasaray sultanı yox,taxtı yox,Taxt üstündə şahlıq edənbaxtı yox.Quşu uçub fürsət çıxıbəlindən,Bir də dönüb xan olmağavaxtı yox.Xəzan vurmuş bağçası var,barı yox,Xanımı yox, kənizi yox,yarı yox.Bağbana bax, yetim kimidolaşır,Xandan gələn qazancı yox,karı yox.Əl isitmir daş-davarıisinə,Dil danışmır səs verəsənsəsinə.Ögey ana yad övladayan baxar,Zaman dönüb, yaman dönübpisinə.Düzələrmi bu qurğular,yapılar?
Açılarmı pəncərələr,qapılar?Nə bu yerin gedənləriqayıdar,Nə bu yurdun itənləritapılarlPuşkin öyən fəvvarəsiyoxdu, yox,Layla deyən suyun səsiyoxdu, yox.Qəhər basıb, səs boğazdaboğulub,Köhnə yurduntəzə dərdi doğulub.Nəğmə deyən tatar qızıyoxdu, yox,Başı üstə Ay-ulduzuyoxdu, yox,Sarayında dəm-dəsgahıyoxdu, yox.Üzə gülmür rəngi solmuşotaqlar,Sevən ölüb, sevgi şahıyoxdu, yox.Çeşməsində bircə damlasuyu yox,Çal-çağırı, büsatı yox,foyu yox.Lal sükutun içində birharay var,Gözdən düşən, yaddan çıxansaray var.
Keçmişinə, dünəninəağlayır,Yeddi arxa dönəninəağlayır.Külə dönmüş keçmişinəyas tutur,Ocaqların sönəninəağlayır.Ürəyimə zərrə işıqdüşmədi,Hara baxdım muzeyməni üşütdü.Elə bil ki, buz bağlayıbdonmuşam,Qar-boranlı quzeyməni üşütdü.Sultanları çağırmağınxeyri yox,Dada çatmaz nə Fateh,nə İldırım.Türk övladı, ləngimisənbu yolda,Sən istəyən nə Yalta var,nə Krım.Dilə gəlib babalarınruhları,Bağçasaray, Bağçasaraydeyirdi.Sahibinə çatmayandaəlləri,Bağça haray, bağça haraydeyirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bagcasaray-feryadi
Use ← → keys to move, R for a random poem