Mən də Yaradanın bir aşığıyam
Dünən körpəsiydim Kəpənəkçinin,Atayam, babayam, əmiyəm indi.Dünən bir dən kimi düşdüm torpağa,Sünbülü tellənən zəmiyəm indi.
Bir gün dolu döyür, bir gün qar gəlir,Meydandan çəkilmək mənə ar gəlir.Üstümə dəlisoy dalğalar gəlir,Tufanla çarpışan gəmiyəm indi.
Üzüm kədərədi, yönüm ahadı,Qəm-kədər ucuzdu, sevinc bahadı.Düşmənin hər biri bir ə/dahadı,Yeddi əydahanın yemiyəm indi.
Mən də Yaradanın bir aşığıyam,Ərköyün övladı, kür aşığıyam.Məni sevənlərin yaraşığıyam,Məni sevməyənin qəmiyəm indi.
Xatirəyə dönmüş neçə cığır var,Sevgilim çiçəkdi, sevgim arıdı.Qoynunda gəzdiyim yaşıl cığırlarŞeirimin yamyaşıl misralarıdı.
Qarlı qış səhəri gəldim dünyaya,Neçə yaz doğuldu qışımdan mənim.Həyatın sevinci, müsibətləriYağdı yağış kimi başımdan mənim.
Ayna bulaqların, güzgü göllərin,Mavi dənizlərin ətrinə batdım.
Qaynar çeşmələri, dənizləri dəKönlümdə təzədən özüm yaratdım.
Haqqın işığıyla gəldim dünyaya,Dünyanın hər yeri gördüm işıqdı.İşığa bağlıdı insanın canı,Sevincim işıqdı, dərdim işıqdı.
Elə bu işıqla çıxdım yollara,Qarşımda işıqlı yollar açıldı.“Can” dedim həmdəmə, “dost” dedim yara,Sinələr qabardı, qollar açıldı.
Elə bu işıqla gəldim Məkkəyə,Kəbənin içinə girdim işıqla.Adını qoysaq da gözəgörünməz,Allahın özünü gördüm işıqla.
Dillərdə, yollarda, ellərdə gördüm,Aşılmaz Çin səddi aşan ömrümü.Çağlayan sularda, sellərdə gördümQayğılar içində daşan ömrümü.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-men-de-yaradanin-bir-asigiyam
Use ← → keys to move, R for a random poem
More by this author
Ağlasan, mən səndən betər ağlaram,Yaşlı gözlərində gilə bil məni.
Kin dərin quyuduHamı addım atdı Allaha tərəf,Ömründə bir addım sən atmamısan.
Harda olursan olİstər arxada dur, istər önə çıx,Harda olursan ol, bir ağ günə çıx.
Durulmaz suSevgi qarlı dağdı, kin dərin quyu,Kinə baş qoşanın durulmaz suyu.