Düşünürəm varlığı, düşünürəm həyatı,Nədir əlli yaşımın ən böyük mükafatı?Sual böyük sualdı, cavabında şərəf var,Bu sualın içindəHalal haqqına çatıb, qalib gələn tərəf var.Ən böyük mükafatımMənim müstəqilliyim, mənim azadlığımdı.Azadlığım — ən böyük sevincim, şadlığımdı.Əsrin əvvəllərində əlimizdən alınan,Bizə haram buyrulub, daşdan-daşa çalınan,Müqəddəs azadlığı yenidən qaytarmışam,Dişimlə, dırnağımla sal qayalar yarmışam.Bu yol çox çətin olub,Dözüm, səbir, qələbə yenə millətin olub.

Azadlığım rəng alıbAzərbaycan xalqının“Azadlıq” deyə-deyə alovlanan çağından,Böyük Məmmədəminin üçrəngli bayrağından.Azadlığım rəng alıbBəxtiyarın yazdığı “Gülüstan”ın) ahından,Əsl şair nəfəsiOdludu düşmənlərin ən odlu silahından.Azadlığım güc alıbBöyük Xəlil RzanınMeydanları titrədən haray dolu səsindən,Mən bu yolu başladım “Azadlıq meydanı”ndan.Azadlığım rəng alıbQarabağda, Şuşada, Şəkidə, LənkərandaŞəhidliyə yüksələn oğulların qanından.Yaşamağa haqqı varMillətin — millət kimilDövlətin — dövlət kimilMən də yaşamalıyamÖlkələrin içində yenilməz qüdrət kimilNə köləlik yaraşır bizə, nə müstəmləkə,Xalqın nə dərdi varsa, gərək xalq özü çəkə.İçimdəki genişlik sığa bilməz darlığa,Köləlik yaraşarmıBöyük Babəkdən gələn böyük üsyankarlığa?Diş ilə, dırnaq ilə alınan azadlığı,Əsrlərlə qəfəsə salınan azadlığıGözün giləsi kimi qorumaq qəhrəmanlıq,Yaşatmaq kişilikdirlKişiləri olmayan harda tayfa, nəsil var,Ümidi parça-parça, eşqi çilik-çilikdir.Müstəqildi dövlətimiMüstəqildi millətiml

I B.Vahabzadənin “Gülüstan” poeması nəzərdə tutulur.

Bu günün şair oğlu, şirin nəğməkarı mən,İkinci azadlığın meyvəsi mən, barı mən.Mənim azadlığımın yaşı uşaq yaşıdı,Təzəcə puçurlayan kövrək budaq yaşıldı.O uşağın boyunu ərzə göstərmək gərək,O budağın barını doyunca dərmək gərək.Təzəcə qovuşmuşuq,Ondan ötrü təşnəyik, ondan ötrü ləliyik,Azadlığın yaşını illərin sayıyla yox,Başa-baş əsrlərin yaşıyla ölçməliyik.Bu yükü çəkmək üçünNə qədər dağlar çapıb, qayalar yarmalıyıq,Bugünkü xoşbəxtliyi gələcək nəsillərəCanla aparmalıyıq, başla aparmalıyıq.Ruhumla, nəfəsimləMüqəddəs azadlığın şölələnən şanıyam.Məhəmməd ƏminlərinRuhunun davamıyam, səsinin davamıyam.Azadlıq dediyimiz ən böyük xoşbəxtliyiCavidlər görməliydilMüşfiqlər görməliydilCavadlar görməliydilBu günlərin barını özləri dərməliydilƏn odlu şeirlərin,Ən isti misralarınNəğmələr çələngini özləri hörməliydilCavidlərin ömrünü,Müşfiqlərin ömrünü,Cavadların ömrünüBu gün yaşayan mənəmlBu günün arzusunuGələcək nəsillərə çəkən, daşıyan mənəmlMüstəqil gördüyümçün əzilən bir millətiGünəş mən,çilçıraq mən,saray,aşiyan mənəml

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland