Çox ustadlar gördü gözüm,Əmrah bir gəldi, bir getdi.Telli sazın meydanında,Əmrah şir gəldi, şir getdi.

Gah qış oldu, gah yaz oldu,Həm ney oldu, həm saz oldu.Təbi daşqın Araz oldu,Əmrah gur gəldi, gur getdi.

Pərdə-pərdə, xana-xana,Hopdu ruha, keçdi qana.Ocaq oldu yana-yana,Əmrah pir gəldi, pir getdi.

Başımıza gəldi nələr,Ay Zəlimxan, qaldıq mələr.Açıldı çox möcüzələr,Əmrah sirr gəldi, sirr getdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets