Bulud qısır...Göylər susur...Bir damla yox,Nədir bu sirr?Yaylaqlara yağan yağışgəldi bizdən iraq keçdi.Çəməndəki qızıl laləürəyimcə açılmadı,Elə bildim gözlərimdəocaq söndü, çıraq keçdi.

O dağlara yağış yağır,bu dağların xəbəri yox,Yaxınların yanğısındanuzaqların xəbəri yox,Yanan kimdi, yandıran kim,bulaqların xəbəri yox.Bəlkə ağır suçumuz var,içimdən bir sazaq keçdi.

Sanki göydə şimşək ölüb,buludları qamçılamır,Səhər vaxtı sərin olub,axşamüstü nəm çiləmir,Yer qovrulur, göy sovrulur,bircə damla damcılamır,Quraq keçdi, qardaş, bu il,mövsüm yaman quraq keçdi.

2007, 9 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring