Bilirəm
Mən necə nigaran olmaya billəmNiyə nigarandı dağlar bilməsəm.H. Arif
Bir əsim küləyin hökmünə bənddir,Yel əssə, çəkilər səhər dumanı.Yoğun baxışında bulud görürəm,Çəkilmir üzündən kədər dumanı.Kimdir günahkarı çatılan qaşın?Kimdir səbəbkarı tökülən yaşın?Dağılan saraymı, uçan qalamı?Murazı gözündə köçən balamı?Bir fürsət yoxsulu namərd əlində,Alışan meşəmi, yanan talamı?Mən yaxşı bilirəm, söz dağlarındaQaya çapansınız, dağ yaransınız,Ay ustad, siz nədən nigaransınız?!
Odlu döyüşlərdən keçib gəlmisən,Döyüşsüz bir ömrün mənası nədir.45-də qurtarıb qanlı davalar,Hələ də qəlbində müharibədir!Hələ tükənməyib niyyəti pislər,Hələ azalmayıb qəlbi xəbislər.Hələ də yurdumda bostan əkən var,Hələ də ayaqdan geri çəkən var.Şeirin sorağına düşəndən bəri,Gülləyə tutmusan çirkinlikləri.Sellər ahəngindi, çaylar ləngərin,Qələm silahındı, dəftər səngərin.
Yenə o səngərdə atəş açırsan,Yenə o səngərdən alov saçırsan.Dostun baxışında bahar havası,Düşmənin gözündə qar-boransınız,Ay ustad, siz nədən nigaransınız?!
Kiminsə gözünü yaşlı görəndə,Körpə uşaq kimi ağlayan oldun.Seyrinə çıxanda gözəlliklərin,Dəli sellər kimi çağlayan oldun.Durdun yatağından dan sökülməmiş,Ceyranı yuxudan özün oyatdın.Qartal vurulanda sındı qanadın,Yerlərin, göylərin yasına batdın.Palıd yıxılanda, cökə sınanda,Titrəyən sən oldun, inləyən meşə.Səni övlad kimi bağrına basdı,Səni ana kimi dinləyən meşə.Şirə həmdəm oldun, pələngə sirdaş,Tülkünü, çaqqalı aldın hədəfə.Boşuna getmədi aylar, fəsillər,Ömrün belə-belə çatdı şərəfə.Elin yaddaşında, xalqın gözündə,Həm qarlı dağsınız, həm aransınız,Ay ustad, siz nədən nigaransınız?!
Nədir ürəyini sıxan, göynədən,Gələn xəzandımı, yağan qardımı?Qalxa bilmədiyin qarlı zirvələr,Çıxa bilmədiyin yoxuşlardımı?Başımdan “Dilqəmi”n havası getmir,O niyə başdadı, o niyə bitmir?Yazanda bir eşqin faciəsini,Qələmmi sızladı, əlmi titrədi?Yəhyabəy deyəndə, Dilqəm deyəndə,Dodaqmı göynədi, dilmi titrədi.
Unutma Arifin vəsiyyətini,Sən ara verəndə o, “yaz!” – deyərdi.Atanı sınağa çəkərdi övlad,“Necoldu Zal qızı Gülnaz?!” – deyərdi.Yarımçıq yazılar hələ varaqda,Yarımçıq arzular hələ qabaqda.“Ömür gözləsinmi, gözləməsinmi?”Kədər yaxındadır, sevinc uzaqda.Bilirəm siz niyə pərişansınız!Bilirəm siz niyə nigaransınız!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bilirem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ov bərəsin gözləməyən ovçunun,Ovunu görcəkin nə tur sinə,
Təranə...Sevgilim, insanın ömrü gödəkdir,Ömür bir quş kimi uçacaq əldən.
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən