Getdilər
Babalar var idi, aqil babalar,Haqqın dərgahına enib getdilər.Ayağa düşmədi elin namusu,Yenilməz ordular yenib getdilər.
Arxa yarandılar elə, obaya,Çapdılar atları belədən-belə.Bir əlçim buluda, bir əsim yelə,Bir çaxım şimşəyə dönüb getdilər.
Qurd kimi gödənlər yırtan görəndə,Dünyanı dağıdan, dartan görəndə,Namərdin sayını artan görəndə,Sozalıb getdilər, sönüb getdilər.
Halal süd əmdilər, halal dodaqdan,Halal qız aldılar, halal ocaqdan,Düzgün ayırdılar haqqı, nahaqdan,Haqqın sədasıyla dinib getdilər.
Nəfsi aldatmadı nə gümüş, nə zər,Gözdən yayınmadı nə xeyir, nə şər.Kişilər varıydı, yaxşı kişilər,Yaxşı köhlənləri minib getdilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-getdiler-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Bu dünyaBu dünya,bu Yer kürəsi
Eşq yolunda gərəkdür himməti-ali rəfiqEşq yolunda gərəkdür himməti-ali rəfiqKim, demişlər əhli-dil əvvəl rəfiq, andin təriq.
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,