Saxlayar
Təbiətə bağlı qəlbi,Dağ yaşadar, saxlayar.Yer itirməz cığırları,Sinəsində iz saxlayar.
Mətinliyi çatar dada,Mərdliyini verməz bada.Qoca palıd yıxılsa da,Qamətini düz saxlayar.
Üşüyənə açar qucaq,Alışar üz, gülər dodaq.Qar da yağsa, əsil ocaq,Kül altında köz saxlayar.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-saxlayar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsan
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.