Mən sənə – illər boyuEşqi ilə dindiyim,Nurunda işıqlanıbOduna isindiyim,Qarşısında diz çökübSəcdəsinə endiyim,Ocaq kimi baxıram!

Mən sənə – yer, yatağıDağ-aranlı, binəli,Başı ağır yığnaqlı,Özü qaynar sinəli,Şirin-şəkər nəğməli,Tükənməz xəzinəliBulaq kimi baxıram!

Mən sənə – ağırlaşıb,Yavaş-yavaş gərilən,Çiçəyiylə, gülüylə,Qədəmlərə sərilən,Bol əlli, bol ətəkli,Dərildikcə dərilən,Budaq kimi baxıram!

Mən sənə içdiyim su,Çəkdiyim nəfəs kimi.Varlığımı yaşadan,Ruh kimi, həvəs kimi,Zirvələrə səsləyən,Uğurlu bir səs kimi,Soraq kimi baxıram!

Mən sənə – fəsil-fəsilGül açan, bar yetirən,Qarlı qışın içində,Nurlu bahar yetirən,Hamıdan çox yaradan,Hamıya var yetirən,Torpaq kimi baxıram!

Mən sənə – döyüş günüDüşündüyüm, andığım,Başdan uca tutduğum,Dağdan uca sandığım,Şöhrətini, rəngini,Qanımla qazandığım,Bayraq kimi baxıram!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets