Olmaz
Azərbaycan torpağına heyranam,Ondan ayrı bir sevincim beş olmaz.Öz elini, obasını duyanda,Hansı ürək havalanıb quş olmaz?
Üzə gülər düzü, dağı, meşəsi,Qaynar bulaq ömrün, günün nəşəsi.Havalanıb uçmaq olar peşəsi,Belə yerdə könül dərdə tuş olmaz.
Qoy yandırsın gözlərində gur çıraq,Könül, Vətən dağlarına yaxşı bax.Belə yerdə kilidlənən dil, dodaq,Belə yerdə düyünlənən qaş olmaz.
Dəniz gördüm, gəl qoynumda üz, dedi,Zirvə gördüm, sal sinəmdə iz, dedi.İnsan gördüm, yaşım olub yüz, dedi,Bundan gözəl dövran olmaz, yaş olmaz.
Yaz gülünü, qış qarını sevməyən,Kəpəzini, Qoşqarını sevməyən,Bu torpağın vüqarını sevməyən,El içində uca olmaz, baş olmaz.
Uzaq-uzaq mənzilləri haqladım,Təmiz eşqi başdan uca saxladım.Min el gəzdim, min bir çiçək qoxladım,Burdan əziz torpaq olmaz, daş olmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-olmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
İçərişəhərdə xalça muzeyimiz varI
Küçük bir levhəEhtizaz etmədə hər yanda behişti-nəfəxat,Oqşuyor səhn çəmənzarı yenə ruhi-bahar.
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی